Qoruq haqqındaQoruq Azərbaycan Respublikasının Nazirlər kabinetinin 18 aprel 1988-ci il 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskənidir. Deməli 5 min il ərzində Qala kəndində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri mövcuddur. Bakı kəndləri arasında Qala kəndi həm tarixinə, həm də Abşeronun mədəni irsində tutduğu yerinə görə seçilir. Ən maraqlısı da odur ki, paytaxt şəhəri iri sənaye mərkəzi olan Bakıya yaxın olmasına baxmayaraq, Qala kəndinin infrastrukturu və abidələri kompleks şəklində olduğu kimi qalmaqdadır. Bundan başqa yaşayış mühiti də öz əksini qoruyub saxlamışdır.
|
Qala qoruğunun strukturuDirektor - Abdullayev Fikrət Fail oğlu 1989-cu ildən bu müəssisədə işləyir. 1991-ci ildə Azərbaycan tarixi üzrə namizədlik dissertasiyasını müdafiə edib. Tarix elmləri namizədidir. Uzun illər Abşeron yarımadasında aparılan arxeoloji etnoqrafik və folklor tədqiqatlarının iştirakçısıdır. Bir neçə məqalə və "Qala və qalalılar" kitabının müəllifidir. Bir sıra verlişlərin və sənədli filmlərin elmi məsləhətçisidir.Direktor müavini - Zeynalov Fikrət Məmmədsadıx oğlu 2012-ci ildən bu müəssisədə işləyir.Baş fond mühafizi, fond şöbə müdiri - Abdullayeva Dilguşə İbrahim qızı 1991-ci ildən bu müəssisədə işləyir.Elmi kütləvi və ekspozisiya şöbəsinin müdiri - Zeynalova Aynur Rafiq qızı 1998-ci ildən bu müəssisədə işləyir.
|
|
Qala Arxeoloji Etnoqrafik Muzey kompleksi2008-ci ildə Heydər Əliyev Fondunun təşbbüsü və rəhbərliyi ilə Qala qoruğu ərazisində açıq səma altında ilk "Arxeoloji Etnoqrafik Muzey kompleksi" yaradılıb. Məqsəd açıq səma altında muzey ilə yanaşı, həm də interaktiv turizm kompleksi yaratmaq olub. Bu muzey kompleksi hələlik ölkəmizdə yeganə etno-turizm obyekti sayılır.
Muzeyin iş rejimiMuzey həftənin bütün günləri saat 9:00-dan 18:00-dək işləyir ( bayram və istirahət günləri də daxil olmaqla) Ekskursiya xidmətləri isə saat 10:00-dan 17 :00-dək |